ATLAS SOYUTMA SİSTEMLƏRİ MMC olaraq ilk qurulduğumuz gündən etibarən hədəfimiz; fərdlərə və qanunlara hörmət edən, strateji məqsədlərə fokuslanan, motivasiyanı daima yüksəltməyi hədəfləyən, əməkdaşların potensiallarını üzə çıxaran və sektorun seçilən lider şirkəti olmaqdır.
“Uğura aparan yolda ən vacib gücümüz əməkdaşlarımızdır.”
Şirkətin uğuru və davamlılığı, hər bir əməkdaşın öz vəzifəsi çərçivəsində şirkətə dəyər qatması və bu töhfənin ümumi performansa müsbət təsir göstərməsi ilə mümkün olacaqdır. Bu istiqamətdə, əməkdaşlarımızın idarəetməyə aktiv iştirakını hər zaman dəstəkləyir və buna imkan yaradırıq. Beləliklə, həm iş məmnuniyyəti yüksək, inkişaf yönümlü, yenilikçi və dinamik bir komanda qurmağı, həm də bu güclü komanda ilə müştəri gözləntilərinin üzərində xidmət göstərərək yerli və beynəlxalq platformalarda uğurlarımızı daha da artırmağı hədəfləyirik.
Mövcud vəzifələrin tələb etdiyi peşə bacarıqları ilə yanaşı, aşağıda sadalanan xüsusiyyətlərə sahib olmaq da namizədlərimizdən gözləntilərimiz arasındadır:
Təcrübə proqramlarımız, gələcəkdə komandamızın bir hissəsi ola biləcək tələbələrə iş mühitimizi və beynəlxalq şirkət mədəniyyətimizi tanıtmaqla yanaşı, karyera seçimlərində istiqamət vermək məqsədi daşıyır.
ATLAS SOYUTMA SİSTEMLƏRİ MMC şirkətində işə qəbul üçün öz CV-nizi info@atlassogutma.az e-poçt ünvanına göndərməyiniz kifayətdir.