Teklif Alın Bizi Arayın Whatsapp Destek

Kartof və Soğan Saxlama Sistemi

Anbarlarda saxlanmaq üçün yığılan soğan və kartof canlı toxumalardan ibarətdir. Canlı olan bu məhsullar davamlı tənəffüs halındadır. Saxlama şərtlərinə uyğun olmayan mühafizə və düzgün tətbiq edilməyən havalandırma sistemi məhsullarda ferment fəaliyyətlərinin başlamasına səbəb olur.

Ferment fəaliyyətləri nəticəsində kartof və soğanda cücərmə yaranır. Cücərmə nəticəsində soyuq anbarlarda saxlanılan kartof və soğanda bakteriya əmələ gəlir, çürümə və qoxu yaranır, bu da məhsul itkisinə səbəb olur.

Kartof və soğan məhsul növlərinə (toxumluq, qızartmalıq və s.) görə saxlanma üsulları fərqlilik göstərir; yığım, çuval və qutulu tipdə saxlanılırlar. Qurulacaq soğan və kartof anbarı bu kriteriyalara diqqət edilərək layihələndirilir.

Anbarların havalandırma sistemi və nəmləndirilməsi ən önəmli məsələlərdəndir. Damperlərin yerləşdiriləcəyi yerlər, havalandırma növü və müddəti bu sahədə ixtisaslaşmış firmalar tərəfindən layihələndirilməli və tətbiq edilməlidir. Havalandırma sistemi PLC ilə idarə olunan tam avtomatik şəkildə işləməlidir. Anbarların havalandırma sistemi qiyməti, soyuq otaq qiymətlərinə əlavə olaraq təxminən %60 artım göstərir.