Konteyner tipli anbarlar generatorlu və generatorsuz olmaq üzrə iki cür istehsal olunur. Generatorlu konteyner anbarlar, elektrik enerjisi olmadığı halda generator vasitəsilə; sahə, dağlıq ərazi, səhralar və s. yerlərdə istifadə edilə bilər. Sabit soyuq anbarın montaj və söküntü əməliyyatları həm bahalı, həm də panel deformasiya riski daşıyır.
Bu səbəbdən daşına bilən xüsusiyyətə malik olması, bir neçə anbar sahəsi olan müəssisələr üçün ideal həll yoludur. Hərbi bazalar, balıqçılıq və icarə şirkətləri konteyner tipli soyuq anbarları daha çox seçirlər. Konteyner tipli anbarlar beynəlxalq nəqliyyat standartlarına uyğun istehsal edilir və daşınma zamanı heç bir problem yaratmır.
Konteyner tipli soyuq anbarlar +15°C / – 50°C aralığında standart olaraq istehsal olunur, əlavə olaraq bir konteyner içində birdən çox soyuq anbar da hazırlanır.
İzolasiya səbəbindən konteyner tipli anbarların daxili həcmi, parça/yük konteynerinə nisbətən təxminən 10% kiçik olur (məsələn, 40 futluq parça/yük konteynerinin həcmi 60.5 m³ olarkən, 40 futluq konteyner tipli anbarın həcmi 56.8 m³ təşkil edir). Konteyner tipli soyuq anbarlar yüksək məhsuldarlıq, səhrə şəraitində belə uyğun işləmə və enerji qənaəti təmin edir. Konteyner tipli soyuq anbarlar qiyməti, soyuq otaq qiymətlərinə əlavə olaraq təxminən %30 artım göstərir.