Sənaye soyutma cihazları yüksək kapasitəli soyutma cihazlarıdır. 2670-86000 Watt diapazonunda, soyuq və dondurulmuş saxlama şəraitinə uyğun olaraq 32 müxtəlif modeldə standart şəkildə istehsal olunur. Sənaye cihazlarında adətən yarı hermetik (semihermetic) kompressorlar və cihazın gücünə uyğun olaraq evaporator (daxili blok) istifadə olunur.
Sənaye soyutma cihazları yüksək gücə malik olduğu üçün əsasən soyuq anbar müəssisələrində və istehsal sahələrində tələbat duyulur. Xüsusi dizayn edilmiş gövdəsi və keyfiyyətli avadanlıqları sayəsində səs səviyyəsi minimuma endirilmişdir.